"Beşiktaş" "Borussiya"da çıxış edən Salih Özcanı transfer etməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Almaniya klubu Türkiyə millisinin üzvü üçün 5 milyon avro tələb edir. "Beşiktaş" isə 3 milyon avroluq rəsmi təklif göndərib.

"Borussiya" növbəti mövsüm üçün heyətdə düşünmədiyi 27 yaşlı yarımmüdafiəçini satmağı planlaşdırır. Klublar arasında anlaşma əldə olunacağı gözlənilir.

Qeyd edək ki, Salih Özcan ötən mövsüm "Borussiya"nın heyətində 14 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest