Naxçıvan klubu sağ cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalayıb.

Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Çarles Boli ilə anlaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan sağ cinah yarımmüdafiəçisi ilə müqavilənin müddəti 1 illikdir. O, karyersı ərzində Fransanın "Lans", "Po", "Paris", eləcə də İtaliyanın "Viçentsa" klublarında çıxış edib. Son mövsümü Kiprin "Apollon" (Limasol) komandasında keçirən 26 yaşlı futbolçu 23 matçda meydana çıxıb. 

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən "Araz-Naxçıvan" Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest