21 İyun 2025, 21:50
FUTBOL
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son oyununu keçirib.
Matc.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avstriya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqib yığmanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:18, 25:18, 25:14).
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) komandalarını üstələyib.