22 Dekabr 2025, 23:06
FUTBOL
“Santos”un futbolçusu Neymar dizindən əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı vinger Braziliya çempionatının son oyunlarında zədə ilə çıxış edird. Ulduz oyunçu noyabrın sonunda sol dizinin meniskindən zədə almışdı.
Bu gün səhər Neymar artroskopiya əməliyyatı keçirib. Əməliyyat uğurla başa çatıb və futbolçu yaxın vaxtlarda bərpa prosesinə başlayacaq.
Neymar ötən mövsüm “Santos”un heyətində 28 oyunda meydana çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.












