İngiltərə Premyer Liqası "Mançester Siti"nin oyunların vaxtında başlaması və davam etdirilməsi öhdəliyi ilə bağlı turnir reqlamentini pozduğuna görə cərimələndiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı qrumun rəsmi saytı paylaşıb.

Bildirilir ki, Ötən mövsüm Mançeser təmsilçisi 9 dəfə bu qaydalara əməl etməyib və buna görə 2,09 milyon funt-sterlinq cərimə olunublar.

Qeyd edək ki, "Mançester Siti" cəzaya etiraz etməyib.

Ötən mövsüm Mançester klubu Premyer Liqanı 71 xalla üçüncü sırada tamamlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest