"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson Super Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Danimarkalı futbolçunun "Trabzonspor"a keçmək ehtinalı var. Nelsson menecerlər tərəfindən Qara Dəniz təmsilçisinə təklif olunub. Baş məşqçi Fatih Tekke razılıq versə, 26 yaşlı mərkəz müdafiəçisi icarə əsasında "Trabzonspor"a qoşulacaq.

Qeyd edək ki, Viktor Nelsson başa çatan mövsümün ikinci yarısında "Roma"da icarədə olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest