"Bavariya" C qrupunda ilk oyununda Yeni Zelandiyanın "Okland Siti" klubu üzərində 10:0 hesabı ilə qələbə qazanıb. Münhen təmsilçisi klublararası dünya çempionatı (KDÇ) tarixində bütün oyunlarda qalib gələn ilk klub olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Opta" statistika portalı paylaşıb.

Bildirilir ki, qələbə baxımından yalnız KDÇ-də ikidən çox oyun keçirmiş komandalar nəzərə alınıb. "Bavariya" tarixində üçüncü dəfə KDÇ-də iştirak edir (əvvəllər 2013 və 2020-ci illərdə turnirlərdə iştirak edib və hər ikisində qalib gəlib). Ümumilikdə komandanın KDÇ-də 5 oyunda 5 qələbəsi var.

C qrupunun növbəti oyununda "Bavariya"iyunun 21-də Argentinanın "Boka Xuniors" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ-da keçirilən FİFA klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest