Ailəvi səbəblərlə əlaqədar olaraq "Sabah"dan ayrılan Vasili Berezutski klubla bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis ayrılmaq məcburiyyətində qaldığı üçün təəssüfləndiyini vurğulayıb.

"Mövcud vəziyyətdə göstərilən etimada və anlayışa görə klub rəhbərliyinə minnətdaram. Komandaya və klubun bütün əməkdaşlarına peşəkarlığa və görülən işə görə təşəkkür edirəm. Futbolçulara isə sərgilədikləri misilsiz fədakarlığa görə ayrıca minnətdaram. Və əlbəttə, azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm.

Amma bu – həyatdır. Təəssüf ki, ailəvi şəraitlə bağlı vəzifəmi klub üçün bu qədər sevincli bir anda tərk etmək məcburiyyətindəyəm.

Komandanın bir hissəsi olduğuma və bu çoxdan gözlənilən kuboku bölüşmək imkanına görə sevincliyəm".

Xatırladaq ki, Vasili Berezutski "Sabah"a ötən ilin noyabrında təyin olunmuşdu. O, başa çatan mövsümdə kluba tarixində ilk titulunu - Azərbaycan Kubokunu qazandırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest