"Qalatasaray" "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin transferində maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, İstanbul klubu 33 yaşlı qolkiperə hər mövsüm üçün 5 milyon avro ödəməyə hazırdır. "Qalatasaray"ın həm ter Ştegenin tam transferini, həm də mövsümün sonunda almaq hüququ ilə icarə variantını nəzərdən keçirdiyi vurğulanır.

Qeyd edək ki, ötən mövsüm almaniyalı bütün turnirlərdə 9 matçda iştirak edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında qolkiperin dəyəri 12 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest