"Napoli" "Liverpul"un iki hücumçusu Darvin Nunes və Federiko Kyesanı transfer etməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.

Bildirilir ki, ingilis klubu Nunes və Kyesanın potensial satışından ümumilikdə 105 milyon avro qazanmaq istəyir. "Napoli" klubu gələn həftə "mersisaydlılar"a müvafiq təklif irəli sürə bilər. Bu futbolçuların transferində komandanın baş məşqçisi Antonio Konte şəxsən maraqlıdır.

Qeyd edək ki, Kyesa 2024-cü ilin yayında "Liverpul"a keçib. O, 14 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm Nunes bütün yarışlarda 47 matçda iştirak edib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest