15 İyun 2025, 09:35
FUTBOL
Bu gün FİFA klublarası dünya çempionatına start veriləcək.
Matc.az xəbər verir ki, turnirin ilk günündə 3 qarşılaşma baş tutacaq.
Çempionatın açılış oyununda A qrupunda "Əl-Əhli" "İnter Mayami" ilə üz-üzə gələcək. C qrupunda "Bavariya" "Okland Siti" ilə, B qrupunda isə PSJ "Atletiko"yla qarşılaşacaq.
Qeyd edək ki, ABŞ-da keçirilən çempionata iyulun 13-də yekun vurulacaq.
KDÇ-2025
15 iyun
A Qrupu
"Əl-Əhli" (Misir) – "İnter Mayami" (ABŞ) - 0:0
C Qrupu
20:00. "Bavariya" (Almaniya) – "Okland Siti" (Yeni Zelandiya)
B Qrupu
23:00. PSJ (Fransa) – "Atletiko" (Madrid, İspaniya)