13 İyun 2025, 20:33
FUTBOL
İngiltərənin "Mançester Siti" klubu "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegeni ala bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mançester təmsilçisinin əsas qapıçısı Edersonun yayda klubu tərk edə biləcəyi gözlənilir, ona görə də "Mançester Siti" artıq yeni bir nömrə axtarışına çıxıb.
Öz növbəsində, ter Ştegenin həm "Barselona" rəhbərliyi, həm də məşqçilər korpusu ilə problemləri var, ona görə də qarşıdakı mövsümdə onu komanda görmək istəmirlər və getməyi təklif edirlər.