İspanınyanın "Osasuna" klubu baş məşqçi Alessio Lişi ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssis və onun köməkçiləri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Alessio Lişi 2025-ci ilin yayında "Osasuna"nın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda La Liqada mövsümü 42 xalla 17-ci pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest