"Qalatasaray"ın yeni transferi Leroy Sane iyunun 30-da, müqaviləsi bitdikdən sonra İstanbul klubuna keçəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Bavariya"nın rəsmi saytı paylaşıb.

Bildirilir ki, 29 yaşlı vinger Münhen təmsilçisinin heyətində iyunun 15-də başlayacaq klublararası dünya çempionatında (KDÇ) iştirak edəcək.

"Əgər oyunçuya başqa təklifi varsa və o, bunu qəbul edirsə, bu, tamamilə normaldır. Bu, qanunidir və heç bir inciklik yoxdur. Sanenin komanda ilə klublararası dünya çempionatının qrup mərhələsində və potensial olaraq turnirin 1/8 finalında olacağı ümumi qərarla razılaşdırılıb", - "Bavariya"nın idman direktoru Maks Eberl bildirib.

Qeyd edək ki, Sane 2020-ci ilin yayından Almaniya nəhəngində çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest