10 İyun 2025, 12:45
FUTBOL
"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson İtaliyada qala bilər.
Matc.az xəbər verir ki, Türkiyə mətbuatı məlumat yayıb.
"Komo" danimarkalı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. "Qalatasaray" Nelssonu heyətdə düşünmür. İstanbul klubu 26 yaşlı futbolçunu 7 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Viktor Nelsson ötən mövsümün ikinci yarısında icarə əsasında "Roma"da çıxış edib.