24 May 2025, 20:00
DİGƏR
Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq "Bratislava Reqatası" turniri keçirilir.
Matc.az xəbər verir ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komandamız bu gün 2 medal qazanıb.
Tatyana Smilovenko 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülüb. Kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.


