08 May 2025, 14:35
FUTBOL
"İnter"lə uğurlu mövsüm keçirən Simone İnzagi Səudiyyə Ərəbistanında çalışa bilər.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayb.
"Əl-Hilal" İnzagini baş məşqçi postuna gətirmək istəyir. Ərəblər italyan mütəxəssisə təklif göndərib və ondan cavab gözləyir.
Qeyd edək ki, Simon İnzagi 2021-ci ilin iyul ayında "İnter"in baş məşqçisi təyin olunub. 49 yaşlı məşqçinin rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasında finala yüksəlib, İtaliya A Seriyasında isə 35 turdan sonra 2-ci yerdədir.