Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasında yarışlar başa çatıb.
Matc.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkil etdiyi reqatanın son günündə avarçəkənlərimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.
Birnəfərlik kayak qayığında 1000 metr məsafəyə mübarizədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İkinəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Elvin Əliyev-Niyaz Məlikov cütlüyü bürünc, həmin növdə və məsafədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanskiy-Hüseyn Həsənov cütlüyü gümüş, Vacib Babayev-Nuran Rəhimli cütlüyü isə bürünc medal əldə edib.
2011-2012-ci il təvəllüdlü idmançılar arasında Əziz Əhmədli-Kamal Tağıyev cütlüyü gümüş, Sənan Cəfərzadə-Tahir Mövsümov cütlüyü isə bürünc medal qazanıb.