Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kuboku turniri başlayacaq.

Matc.az xəbər verir ki, yarışın ilk günündə fərdi çıxışlar olacaq. İdmançılar təsnifat mərhələsində halqa və topla bacarıqlarını nümayiş etdirəcəklər.

Ölkəmizi fərdi yarışlarda Gövhər İbrahimova ilə Zöhrə Cəfərova təmsil edəcəklər.

"Paris-2024" Yay Olimpiya Oyunlarının bürünc, dünya və Avropa çempionatlarının beşqat mükafatçısı, həmçinin bu yaxınlarda Bakıda keçirilmiş Dünya Kubokunun da qalibi olan İtaliya təmsilçisi Sofiya Raffaeli də paytaxtımızda təşkil olunacaq mötəbər yarışda mübarizə aparacaq.

Macarıstanın parlayan ulduzu Fanni Piqnitski də bu mötəbər yarışda öz gücünü sınayacaq. O, Valensiyada keçirilmiş dünya çempionatının bürünc, ötənilki Avropa çempionatının isə gümüş mükafatçısıdır. Həmin yarışda bürünc medal qazanan Ukrayna təmsilçisi Taissiya Onofriçuku da Bakıda izləyəcəyik. Taissiya cəmi iki həftə əvvəl Bakıda keçirilmiş Dünya Kubokunda ən çox medal qazanan gimnast olmuşdu.

Qeyd edək ki, turnirdə 25 ölkədən 175 gimnast medal uğrunda öz qüvvələrini sınayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest