Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Arsenal" doğma meydanda "Real"ı üç cavabsız qolla məğlub edib. "İnter" isə səfərdə "Bavariya"ya 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/4 finalı cavab oyunları 15-16 aprel tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
8 aprel

"Arsenal" (İngiltərə) – "Real" (İspaniya) - 3:0
Qollar:
Rays, 58, 70, Merino, 75
Qırmızı vərəqə: Kamavinqa, 90+4

"Bavariya" (Almaniya)  "İnter" (İtaliya) - 1:2
Qollar: 
Müller, 85 // Martinez, 38, Fratessi, 88

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest