23 Mart 2025, 22:19
FUTBOL
"Yuventus" Tiaqo Motta ilə yollarını ayırdığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun əvəzinə İqor Tudorla iyuna qədər + 1 il şərti ilə müqavilə imzalanıb. Xorvatiyalı mütəxəssisin qarşısına qoyulan əsas tələb "qoca sinyora"ya Çempionlar Liqasına vəsiqə qazandırmasıdır.
İqor Tudorun çalışdırdığı son klub "Latsio" olub. O, İtaliya komandasını ötən ilin martında tərk edib.
Qeyd edək ki, "Yuventus" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 52 xalla 5-ci yerdədir. Lider "İnter"in 64 xalı var.