13 Yanvar 2025, 16:23
FUTBOL
Məmmədov “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru olacaq.
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
O, UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qeyd edək ki, qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.








_1763398168.jpg)
_1693390777.png)


_1763395028.jpg)