13 Dekabr 2024, 15:30
FUTBOL
Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbek zədələnib. Matc.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Barselona” ilə keçirilən oyunda sıradan çıxıb.
Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Şlotterbek bağlarını zədələyib. Onun ilin sonunadək oynaya biləcəyi hələ bilinmir.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi Bundesliqanın cari mövsümündə 12 oyunda meydana çıxıb.