17 Noyabr 2024, 15:20
FUTBOL
"Yuventus"dan ayrılan Pol Poqba yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər. Fransalı yarımmüdafiəçinin "Mançester Yunayted"ə keçmək ehtimalı var.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim Poqban komandasında görmək istəyir. Portuqaliyalı mütəxəssis bununla bağlı klub rəhbərliyi ilə danışıb. 31 yaşlı orta xətt oyunçusu 6 aylıq müqavilə təklifini qəbul etsə, komandaya qoşulacaq.
Qeyd edək ki, Pol Poqba 2009-2012 və 2016-2022-ci illərdə "Mançester Yunayted"də çıxış edib.












