"Yuventus” rəhbərliyi komandanın gənc futbolçusu Adam Bufandar ilə peşəkar müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Razılaşmaya əsasən, 18 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayına kimi “Yuve”nin formasını geyinəcək.

Qeyd edək ki, Bufandar Mərakeşin 20 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest