30 Avqust 2024, 16:01
FUTBOL
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan Niderland klubu “Ayaks” heyətini gücləndirib. Matc.az xəbər verir ki, Amsterdam təmsilçisi İngiltərə “Bernli”sindən Vaut Veqhorstu transfer edib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan Niderland klubu “Ayaks” heyətini gücləndirib. Matc.az xəbər verir ki, Amsterdam təmsilçisi İngiltərə “Bernli”sindən Vaut Veqhorstu transfer edib.
Erediviziya təmsilçisi 32 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalayıb. Niderland millisinin üzvü yeni komandasında 25 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Qarabağ”la “Ayaks” Liqa mərhələsi çərçivəsində Bakıda qarşılaşacaqlar.