11 qat ölkə çempionu bu cür seriya ilə sonuncu dəfə 2015/16 mövsümünün birinci yarısında üzləşmişdi. 2015-ci ilin dekabrında “Qarabağ” “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə etmişdi.

Azərbaycan Premyer Liqasının ən titullu klubu “Qarabağ” çempionatda ardıcıl üç oyunu bərabərliklə başa vurub. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi “Neftçi” (3:3), “Sabah” (0:0) və “Qəbələ” (0:0) ilə görüşlərin hərəsində bir xal qazanıb.

11 qat ölkə çempionu bu cür seriya ilə sonuncu dəfə 2015/16 mövsümünün birinci yarısında üzləşmişdi. 2015-ci ilin dekabrında “Qarabağ” “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə etmişdi.

Qeyd edək ki, cari mövsümdə ardıcıl üç dəfə bərabərlik qeydə alan ikinci komanda “Qarabağ”dır. Bundan əvvəl “Neftçi” “Sabah” (0:0), “Qarabağ” (3:3) və “Turan Tovuz” (1:1) ilə matçlardan heç-heçə ilə ayrılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest