Madrid “Real”ının və Almaniya yığmasının keçmiş futbolçusu Toni Kroos açıqlama verib. Matc.az xəbər verir ki, o, La Liqada çempionluq yarışı ilə bağlı fikirlərini bildirib.

Kroos sabiq komandasının yenidən çempion olacağını qeyd edib. Onun fikrincə, “Real” bu mövsüm də İspaniya çempionatında bütün rəqiblərini qabaqlayacaq: “Əminəm ki, La Liqanın çempionu dəyişməyəcək. Yenə çempion “Real” olacaq, buna şübhəm yoxdu”.

Keçmiş yarımmüdafiəçi La Liqada ikinci yer uğrunda mübarizədə isə “Atletiko”nun “Barselona”nı qabaqlayacağını düşünür.

Qeyd edək ki, 3 turdan sonra 9 xal toplayan “Barselona” birinci pillədə qərarlaşıb. “Real”ın isə 3 oyundan sonra aktivində 5 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest