30 Avqust 2024, 11:04
FUTBOL
"Roma" klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, “canavarlar”ın futbolçusu Rik Karsdorp komandadan ayrılıb.
Bu barədə məlumatı İtaliya klubunun rəsmi saytı yayıb. 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, niderlandlı oyunçu 2017-ci ildən "Roma"nın formasını geyinirdi.