UEFA Avropa Liqasının liqa mərhələsinin püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ”ın rəqibləri müəyyənləşib.

Püşk nəticəsində Ağdam klubunun liqa mərhələsindəki 8 rəqibi bəlli olub. "Qarabağ" rəqiblərindən 4-ü ilə evdə, 4-ü ilə səfərdə üz-üzə gələcək.

Səfər: “Tottenhem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Bodo Qlimt” (Norveç), “Elfsborq” (İsveç)

Ev: “Ayaks” (Niderland), “Lion” (Fransa), “Malmö” (İsveç), FCSB (Rumıniya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest