UEFA  Avropa Liqası pley-off qarşılaşmasının cavab oyununda "Beşiktaş" doğma meydanda "Luqano"nu qəbul edib.

Matc.az xəbər verir ki, ilk görüşdə səfərdə 3:3 hesablı heç-heçəyə razılaşan İstanbul klubu cavab qarşılaşmasında rəqibinə şans verməyib.

"Ağ-qaralar" İmmobilin dublu, Fernandeş, Rafa Silva və Salih Uçanın qolları ilə rəqibini darmadağın edib – 5:1.

"Beşiktaş" bu nəticə ilə "Qalatasaray" və "Fənərbaxça"dan sonra Türkiyəni Avropa Liqasında təmsil edən üçüncü komanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest