30 Avqust 2024, 01:11
FUTBOL
UEFA Konfrans Liqasında Türkiyə təmsilçisi "Trabzonspor" turnirin liqa mərhələsinə vəsiqə qazana bilməyib.
Matc.az xəbər verir ki, Qara dəniz təmsilçisi doğma meydanda İsveçrənin "Sankt Qallen" klubu ilə üz-üzə gəlib.
Səfərdə qolsuz heç-heçəyə razılaşan Trabzon təmsilçisi cavab qarşılamasının əsas vaxtında da heç-heçə edib – 1:1.
Əlavə vaxtda qapılara qol vurulmadığından penaltilər seriyası yerinə yetirilib. Qonaqların 5 futbolçusu zərbələri dəqiq yerinə yetirib, lakin "Trabzonspor"un 5-ci zərbəsi dəqiq olmayıb və Türkiyə təmsilçisi Konfrans Liqası ilə vidalaşıb.