29 Avqust 2024, 19:12
FUTBOL
"Yuventus"unun sol hücumameyilli yarımmüdafiəçisi Federiko Kyeza "Liverpul"un heyətinə qatılıb.
Matc.az xəbər verir ki, bu barədə mersisaydlıların mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu "Liverpul"la 4 illik müqavilə imzalayıb. Bu transfer ingilis klubuna bonuslar nəzərə alınmasa 13 milyon avroya başa gələcək.
Qeyd edək ki, Kyeza 2022-ci ilin yayından bəri "qoca sinyora"nın rənglərini qoruyur. Bu müddət ərzində o, 131 oyun keçirib, 32 qol vurub və 23 məhsuldar ötürmə verib. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avro qiymətləndirir.