29 Avqust 2024, 18:34
FUTBOL
"Napoli" sosial şəbəkələrdə "Çelsi"dən 31 yaşlı hücumçu Romelu Lukakunu transfer etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, futbolçu ilə müqavilə 2027-ci ilə qədərdir.
Neapolitan klubunun belçikalı futbolçunun transferi üçün 30+15 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Lukaku ötən mövsüm icarə əsasında "Roma"da çıxış edib. O, bütün yarışlarda 47 matçda iştirak edib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 30 milyon avrodur.
İtaliya A Seriyasının iki turundan sonra "Napoli" 3 xal toplayıb və hazırda 11-ci pillədə qərarlaşıb.