Almaniya yığmasının Millətlər Liqasının oyunları üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, baş məşqçi Yulian Naqelsmann Macarıstan və Niderlandla qarşıdakı görüşlər üçün millinin tərkibini müəyyənləşdirib.
AVRO-2024-ün ardından Tomas Müller, İlkay Gündoğan, Manuel Noyer millidən ayrıldıqlarını açıqlayıblarsa, Toni Kroos karyerasını bitirib. Müdafiəçi Antonio Rudigerə isə istirahət etməsi məqsədilə dəvət göndərilməyib. Həmçinin Leroy Sane də qarşıdakı oyunları buraxacaq.
Almaniya millisinin heyəti:
Qapıçılar: Oliver Baumann, Alexander Nübel, Mark-Andre ter Ştegen;
Müdafiəçilər: Valdemar Anton, Benjamin Henriks, Coşua Kimmix, Robin Kox, Maksimilian Mittelştadt, David Raum, Niko Şlotterbek, Conatan Ta;
Yarımmüdafiəçilər: Robert Andrix, Əmrə Can, Kris Fyurix, Paskal Qross, Camal Musiala, Aleksandr Pavloviç, Ancelo Stiller, Florian Virts;
Hücumçular: Maksimilian Bayer, Niklas Füllkruq, Kay Haverts, Deniz Undav.