“Kəpəz”in yeni baş məşqçisi böyük ölçüdə bəlli olub. Matc.az saytının əldə etdiyi məlumata görə, Gəncə klubu bu posta gətirəcəyi mütəxəssisi müəyyənləşdirib.

Belə ki, rəhbərlik Azər Bağırovla danışıq aparıb. Tərəflər arasında anlaşmanın əldə olunması və 40 yaşlı çalışdırıcının bu gün istefa verən Adil Şükürovu əvəzləməsi gözlənilir.

Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının geridə qalan 4 turundan sonra aktivinə xal yazdıra bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest