"Barselona"dan ayrılan Markos Alonsonun yeni klubunun adı açıqlanıb. Matc.az xəbər verir ki, 33 yaşlı müdafiəçi karyerasını yenə İspaniyada davam etdirəcək.

Belə ki, təcrübəli futbolçu "Selta"ya transfer olunub. Bu barədə məlumatı klubun rəsmi saytı da təsdiqləyib. Tərəflər arasında 1+1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, M.Alonso karyerası ərzində Madrid “Real”ı, “Bolton”, “Fiorentina”, “Sanderlend” və “Çelsi” klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest