29 Avqust 2024, 11:05
FUTBOL
“Milan” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir. Matc.az xəbər verir ki, “rossonyerlər” fransalı yarımmüdafiəçi Adrien Rabyo ilə danışıq aparırlar.
29 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi ötən ay başa çatıb. Hazırda klubsuz olan Rabyo “Milan” rəhbərliyinə şərt irəli sürüb. Belə ki, o, İtaliya klubundan illik 7,5 milyon avro maaş istəyir.
Qeyd edək ki, karyerası ərzində PSJ və “Tuluza” klublarında da oynamış Rabyo 2016-cı ildən Fransa yığmasının üzvüdü.