Avqustun 30-da, saat 11:00-da AFFA-nın inzibati binasında Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş jurnalistlər önünə çıxacaq. Matc.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.

Bildirilib ki, avqustun 30-da, saat 11:00-da AFFA-nın inzibati binasında Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda İsveç və sentyabrın 8-də Koşitsedə Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest