Ölkələrin növbəti UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, avrokubokların pley-off mərhələsinin cavab oyunlarının ikinci gününün nəticələrindən sonra reytinq cədvəlində dəyişikliklər qeydə alınıb.

Çempionlar Liqası və Avropa Liqasında baş tutan görüşlərdən sonra Serbiya və Slovakiya siyahıda irəliləyib. “Qarabağ” ÇL-in pley-off mərhələsinin cavab oyunları çərçivəsində evdə Zaqreb “Dinamo”suna 0:2 hesabı ilə məğlub olsa da, Azərbaycanın siyahıda tutduğu yer dəyişməyib. Ölkəmiz 18,875 xalla hazırda 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq siyahısında 89,303 xalı olan İngiltərə birincidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest