Dortmund "Borussiya"sının hücumçusu Youssouf Moukoko icarə əsasında "Nitsa"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

İcarə müqaviləsinə satın alma opsionu da daxildir. Sövdələşmənin digər təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, 19 yaşlı Moukoko "Borussiya"nın yetirməsidir. O, komandanın heyətində 99 oyun keçirib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 22 milyon avro olaraq qiymətləndirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest