"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi Moldova millisinin qarşıdakı 2 oyunu üçün çağırılıb.

O, 7 sentyabr tarixində UEFA Millətlər Liqasında Malta, 10 sentyabr tarixində isə yoxlama görüşündə San-Marino ilə keçiriləcək oyunlar üçün Moldova millisinə dəvət alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest