01 Avqust 2024, 12:50
DİGƏR
Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqust ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb. Matc.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov ilk pilləyə yüksəlib.
Onun aktivində 600 xal var. İkinci pillədə bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal), üçüncü yerdə isə idman gimnastı Nikita Simonov (430 xal) qərarlaşıb.
“10-luq”da bu idmançılar da yer alıblar: Zöhrə Ağamirova (340 xal), Zelim Kotsoyev (330 xal), Rəşid Məmmədəliyev (295 xal), Balabəy Ağayev (290 xal), Elcan Hacıyev (290 xal), Yaşar Nəcəfov (290 xal), Leyla Əliyeva (280 xal).