Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust reytinqini açıqlayıb. Siyahının birincisi norveçli Maqnus Karlsendi (2832).

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov reytinqdə irəliləyib.

Belə ki, Məmmədyarov 2 pillə irəliləyib. Aktivində 2703 xal olan 39 yaşlı qrossmeyster 17-ci pillədə yer alıb.

Teymur Rəcəbov (2700) 1 rəqibini qabaqlayıb və 33-cü sırada qərarlaşıb. Rauf Məmmədov isə bu dəfə "100-lüy”ə düşə bilməyib.

Siyahının birincisi norveçli Maqnus Karlsendi (2832). ABŞ şahmatçıları - Hikaru Nakamura (2802) ikinci, Fabiano Karuana (2793) isə üçüncü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest