“Bolonya” Fransanın “Tuluza” klubunun niderlandlı hücumçusu Teys Dallinqanı heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

“Bolonya” 23 yaşlı oyunçu ilə uzunmüddətli müqavilə imzalayaraq 15 milyon avro ödəyib.

Qeyd edək ki, Dallinqa ötən mövsüm “Tuluza”nın heyətində Liqa 1-in 33 oyununda 14 qol vurub, 7 sarı vərəqə alıb. O, komandasının cəmi 11-ci yeri tutmasına baxmayaraq, ötən mövsüm çempionatın 6-cı bombardiri olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest