Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, Moldova təmsilçisi nigeriyalı futbolçu ilə güclənib.

Tiraspol klubu Uçe Qideon Qudladı sıralarına cəlb edib. Nigeriyalı hücumameyilli yarımmüdafiəçinin son klubu “Makkabi Petx-Tıkva” olub.

Qeyd edək ki, “Zirə” “Şerif”lə səfərdə keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab görüşü isə iyulun 18-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest