15 İyul 2024, 14:38
FUTBOL
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.
Biletləri iTicket.az-dan, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.
Qeyd edək ki, iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.