Avstraliya millisinin qapıçısı Metyu Rayan İtaliyaya köçür. Matc.az xəbər verir ki, 32 yaşlı qolkiper “Roma”ya keçməyə hazırlaşır.

Tanınmış insayder Fabritsio Romano sosial şəbəkə vasitəsilə paylaşımında futbolçunun A seriyası təmsilçisi ilə anlaşdığını yayıb. Onun sözlərinə görə, paytaxt klubu Rayana 1+1 illik müqavilə təklif edib. Hazırda azad agent statusu daşıyan qapıçı təklifi qəbul etməyi düşünür.

Qeyd edək ki, ötən mövsüm Niderlandda “Alkmar”ın formasını geyinən Metyu Rayan 39 oyunda 44 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest