15 İyul 2024, 11:37
FUTBOL
“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan klubu “Fehervar”la keçirəcəyi ilk oyunun stadionu bəlli olub. Bu barədə klubun mətbuat xidməti paylaşım edib.
“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan klubu “Fehervar”la keçirəcəyi ilk oyunun stadionu bəlli olub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti paylaşım edib.
Bildirilib ki, “gənclik şəhəri” təmsilçisi iyulun 25-də rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Macarıstandakı cavab görüşü iyulun 31-də reallaşacaq.