“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, “dənizçilər” Ayman Bouali ilə 1 illik müqavilə bağlayıblar.

Mərakeşli hücumçu komandaya sərbəst agent kimi qoşulub. Onun çıxış etdiyi son klub Türkiyənin “Ümraniyəspor” komandası olub. Buali ötən mövsümündə 21 oyunda 1 qolla yadda qalıb.

Qeyd edək ki, Bouali “Səbail” 4-cü əcnəbi transferi olub. Komanda bundan əvvəl ukraynalı Dmitri Litvin, albaniyalı Amir Bilali və ispaniyalı Qorka Laruçça ilə müqavilə bağlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest